İDMAN


Sərbəst güləşçilərimiz "Zaqreb Open"də daha üç medal qazanıblar

Bakı, 2 fevral, AZƏRTAC

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə - fevralın 2-də beş güləşçimiz mübarizə aparıb. Sərbəst güləşçilərimiz 3 medal qazanıblar.

Belə ki, Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirin ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.