ELM VƏ TƏHSİL
Serbiyada ilk dəfə olaraq Azərbaycan klassik musiqisi haqqında elmi iş təsdiqlənib
Belqrad, 4 dekabr, AZƏRTAC
Belqrad Dövlət İncəsənət Universitetin senatı Azərbaycan musiqisi ilə bağlı elmi dissertasiyanı təsdiq edib.
AZƏRTAC xəbər verir ki, müəllifi Belqrad Musiqi Akademiyasının doktorantı Mina Ristiç olan dissertasiya işinin adı “XX əsrin ikinci yarısında Azərbaycan bəstəkarlarının skripka və fortepiano sonataları - stil problematikası və ifaçılıq interpretasiyası”dır. Qeyd etmək lazımdır ki, bu iş Balkan regionunda Azərbaycan klassik musiqisi haqqında yazılan ilk elmi əsərdir.
Mina Ristiç azərbaycanlı qanı daşıyır. Onun anası Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru professor Zərifə Əlizadədir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad