Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sergey Medvedev: Heydər Əliyev mətbuat nümayəndələri ilə həmişə qeyri-rəsmi və səmimi şəraitdə işləyirdi

Sergey Medvedev: Heydər Əliyev mətbuat nümayəndələri ilə həmişə qeyri-rəsmi və səmimi şəraitdə işləyirdi

Moskva, 11 dekabr, AZƏRTAC 

Rusiyanın birinci prezidenti Boris Yeltsinin mətbuat katibi işləmiş Sergey Medvedev “Moskva-Bakı” portalına müsahibəsində Heydər Əliyevin insanlara səmimi münasibətindən və jurnalistlərlə ünsiyyət qurmaq bacarığından danışıb. AZƏRTAC müsahibənin mətnini oxuculara təqdim edir:

-Mən Ümumittifaq radiosunda çalışırdım, sonra “Vremya” proqramına keçdim. Heydər Əliyevlə iki dəfə rastlaşmışam. Birinci dəfə, mən onun sədrliyi ilə “Admiral Naximov” teploxodunun qəzaya uğraması ilə bağlı təhqiqatla əlaqədar keçirilən müşavirədə iştirak etdim. İkinci dəfə isə Kremldə bizim aramızda söhbət oldu. Cari məsələlərdən danışdıq. Yevgeni Primakov da bu söhbətdə iştirak edirdi. Mən hətta onların özümə marağının səbəbini başa düşmədim, çünki adi müxbir idim. Redaksiyadakı vəziyyət, nələrə həvəsimin olması, öz işimə münasibətimlə maraqlanırdılar. Bu söhbət mənə olduqca qəribə gəldi. Adətən bu cür hallar kadr məsələləri ilə bağlı baş verirdi. Mənə aid heç bir kadr məsələsi həll edilmədi. O vaxt bir jurnalist kimi siyasi xəbərlərlə məşğul idim və siyasi liderlərin fəaliyyətini diqqətlə izləyirdim.

Heydər Əlirza oğlu Əliyev sözün əsl mənasında nadir şəxsiyyət - milli elitanın yetirməsi idi. Onun bioqrafiyasını yaxşı bilirəm. Mənə məlumdur ki, Heydər Əliyev Azərbaycanda qalmağını xahiş edəndə, buna imkan verməyiblər və o, Moskvaya gedib.

Heydər Əliyev Kreml həyatının bütün siyasi cərəyanlarını və burada gedən oyunları çox gözəl başa düşürdü. 1985-ci ildə Qorbaçovun ölkə lideri seçilməsini dəstəkləyəndə o, öz üzərində siyasi təzyiq hiss etdi. Sonralar məhz həmin Qorbaçovun özü tərəfindən siyasi təzyiqə məruz qaldı. Bu dəstxət mənə tanış idi, çünki mən yaxşı bilirdim ki, Qorbaçov Yeltsinin Moskva Şəhər Partiya Komitəsinin rəhbəri olduğu dövrdə həkimlərin vasitəsilə onu istefaya göndərmək üçün bu üsuldan istifadə edib. Heydər Əliyevlə də bu cür rəftar etmək istəyirdilər. Yəni onu inandırmağa çalışırdılar ki, həmin vaxt onun həm fiziki, həm də siyasi vəziyyəti bundan sonra gördüyü böyük işlə məşğul olmağa imkan vermir... Belə metamorfozalar yaşamış liderlərin sayı o qədər də çox deyil. Görünür, onların ikisi də daxilən buna hazır idilər. Heydər Əliyev, ümumiyyətlə, həyatında daha çox satqınlıqlar görüb...

Heydər Əliyevdə xoş təsir bağışlayan nə idi? Jurnalist korpusunun bir nümayəndəsi kimi deyim; yeri gəlmişkən, Yevgeni Primakovdan fərqli olaraq, o, heç vaxt jurnalistlərlə ünsiyyətdən boyun qaçırmağa, onlarla arasında hər hansı sədd qoymağa cəhd etmirdi. Heydər Əliyev mətbuat nümayəndələri ilə həmişə qeyri-rəsmi, səmimi şəraitdə işləyirdi.

Xalq arasına “çıxmağa” ilk dəfə Heydər Əliyev başladı. Qorbaçov yox, məhz Heydər Əliyev. Avtomobil dayanır və o, maşından düşərək vətəndaşlarla ünsiyyət qurmağa gedir. Vəcdə gəlmiş insanlar suallar verir, belə bir yüksək rəhbərə ehmalca toxuna bilirdilər. Mənə elə gəlir ki, o, bunu səmimiyyətlə edirdi. Bu, heç də gözdən pərdə asmaq üçün deyildi. Heydər Əliyev insanlarla ünsiyyəti xoşlayırdı. Bəzi görkəmli rəhbərlər, hətta yaxşıları belə, bunu xoşlamır və bacarmırlar. O isə bunu xoşlayır və bacarırdı. Xalqın həyat nəbzini tutmaq onun üçün çox mühüm idi, beləcə o, aldığı informasiyadan bəhrələnirdi. Bir var sənə arayış, məruzə, hesabat verirlər, bir də var ki, sən özün insanların nə fikirləşdiyi, onların hansı əhval-ruhiyyədə olduğu barədə aydın təsəvvürə malik olursan. Kağız parçası onların əhval-ruhiyyəsini əks etdirə bilməz. Heydər Əliyev sanki kamerton kimi insanların psixoloji vəziyyətini hiss edirdi. Açıq görünürdü ki, o, bunu qeyri-rəsmi şəraitdə edir. Bu, ona lazım idi.

Ola bilər ki, Heydər Əliyev ən mürəkkəb siyasi kolliziya və vəziyyətlərin, qarşıdurmaların əvvəlində həmişə qalib olmurdu. Lakin o, son nəticədə qalib gəlir və qələbəyə aparan yolu kompromislər, heç də asan olmayan qərarlarla tapa bilirdi. Heydər Əliyev siyasətçinin necə olmasını nümayiş etdirirdi. Onun müstəqil, çiçəklənən dövlət qurmaq arzusu gerçəkləşdi. Biz hazırda Azərbaycanda necə ciddi dəyişikliklərin baş verməsinin şahidiyik!

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib