İQTİSADİYYAT


Sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 3,3 faiz ucuzlaşmışdır

Bakı, 26 dekabr (AZƏRTAC). Noyabrda Azərbaycanın dəmir yolu nəqliyyatında 10 ton yükün 1 kilometr məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 8,9 faiz, idxal üzrə 2,9 faiz ucuzlaşmış, ixrac üzrə 0,2 faiz, tranzit üzrə isə 3,1 faiz bahalaşmışdır. Sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 3,3 faiz ucuzlaşmışdır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşmış, Birlik ölkələrinə və digər xarici dövlətlərə sərnişindaşıma tarifləri isə müvafiq olaraq 10,8 və 10,2 faiz bahalaşmışdır.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8 faiz bahalaşmışdır. Ay ərzində dəniz və avtomobil nəqliyyatı vasitəsilə yükdaşıma və sərnişindaşıma tariflərində heç bir dəyişiklik qeydə alınmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.