ELM VƏ TƏHSİL
Sertifikasiyaya hazırlaşanlar üçün fizika fənni üzrə seminar təşkil edilib
Bakı, 20 may, AZƏRTAC
MİQ imtahanı və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə Bakıdakı 240 nömrəli tam orta məktəbdə fizika fənni üzrə seminar təşkil edilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, seminarda Metodik dəstək və peşəkar inkişaf mərkəzinin rəhbəri Nəzakət Mehdiyeva çıxış edərək iştirakçılara tövsiyələrini verib.
“Əməkdar müəllim Sona Hacılı fizika fənni üzrə çərçivə sənədi ilə bağlı izahat verib, eyni zamanda, seminar iştirakçılarını fizika ixtisası üzrə MİQ imtahanında iştirak edənlərin hazırlıq səviyyəsinə qoyulan tələblərlə tanış edib.
Daha sonra “İstedadlı şagird üçün istedadlı müəllim” olimpiadasının qalibi Namiq Süleymanov əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələrini təqdim edərək izahatlar verib.
Seminarda Bakı, Abşeron, Sumqayıtla yanaşı, Ağstafa, Bərdə, Göygöl, Siyəzən və Qobustandan sertifikasiyaya hazırlaşan müəllimlər və müəllim olmaq istəyən şəxslər iştirak ediblər. Seminarın müddəti 2 saat nəzərdə tutulsa da, iştirakçıların istəyini nəzərə alaraq görüş 3 saatadək davam edib.