DÜNYA


Səudiyyə Ərəbistanı Yeni Zelandiyada müsəlmanların güllələnməsini qəti şəkildə pisləyib

Ər-Riyad, 16 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyindən məsul mənbə Yeni Zelandiyanın cənubundakı Christchurch şəhərində yerləşən iki məsciddə cümə namazı vaxtı müsəlmanların güllələnməsinin və bunun nəticəsində çoxlu günahsız insanın öldürülməsinin və yaralanmasının Krallıq tərəfindən qəti şəkildə pislənildiyini bildirib.

AZƏRTAC rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, mənbə bir daha Səudiyyə Ərəbistanın terrorizmin bütün formalarını pislədiyini və terrorizmin nə dini, nə də vətəni olduğunu diqqətə çatdırır. Mənbə bir daha Krallığın dinlərə hörmətlə yanaşılmasına tərəfdar olan mövqeyini təsdiq edərək, ölənlərin yaxınlarına, Yeni Zelandiya hökumətinə və dost xalqa başsağlığı verib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.