İQTİSADİYYAT


Si Cinpin: Çin Xəzər dənizi üzərindən nəqliyyat dəhlizlərinin yaradılmasını dəstəkləyir

Si Cinpin: Çin Xəzər dənizi üzərindən nəqliyyat dəhlizlərinin yaradılmasını dəstəkləyir

Pekin, 19 may, AZƏRTAC

Çin Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin qurulmasını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin bu gün Sian şəhərində Çin-Mərkəzi Asiya ölkələri dövlət başçılarının görüşündə deyib. Çin Lideri ölkəsinin Mərkəzi Asiya ölkələri ilə transsərhəd daşımaların həcmini artıracağını da bildirib.

Si Cinpin əlverişli coğrafi mövqeyi sayəsində Mərkəzi Asiyanın Avrasiyada əlaqə üçün vacib qovşaq olma əsaslarına, şərtlərinə və üstünlüklərinə malik olduğunu vurğulayıb, ölkəsinin Çin-Avropa yük qatarlarının fəaliyyəti üçün nəqliyyat hablarının inşasını sürətləndirəcəyini deyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.