İQTİSADİYYAT
Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək
Bakı, 9 avqust, AZƏRTAC
Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər üçün avqustun 10-14-də attestasiyanın keçirilməsi nəzərdə tutulur.
"Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər və sığortaçıda rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər attestasiyaya dəvət olunurlar.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.