CƏMİYYƏT
Sima Yaqubova: Vəkillər Kollegiyasının konfransı hüquqi yardım institutunun fəaliyyətinin yeni mərhələsinin başlanmasına töhfə verəcək
Bakı, 7 dekabr, AZƏRTAC
Vəkillər Kollegiyası üzvlərinin bugünkü konfransı Azərbaycan cəmiyyəti üçün və vəkillik fəaliyyəti ilə bağlı böyük əhəmiyyət kəsb edir. Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, müavinləri və üzvləri seçildi. İnanıram ki, bu seçim hüquqi yardım institutunun inkişafının yeni mərhələsinə qədəm qoymasına mühüm töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova dekabrın 7-də jurnalistlərə müsahibəsində deyib.
Vəkillər Kollegiyasının hüquq müdafiə funksiyasını həyata keçirən mühüm təsisat olduğunu vurğulayan S.Yaqubova bildirib: “Hesab edirəm ki, bu gün vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər, ümumiyyətlə hüquq cəmiyyəti üçün çox önəmli gündür. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri artıq formalaşıb. Yeni seçilən həmkarlarıma fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, Rəyasət Heyətinin üzvləri səmərəli hüquq müdafiəsinin həyata keçirilməsi işinə töhfə verməyə və uğurlu xidmət göstərməyə bundan sonra da davam edəcəklər”.