CƏMİYYƏT


Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

Bakı, 5 iyun, AZƏRTAC

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 5-i axşamdan 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında qısa müddətə şimal-qərb küləyinin sürətinin 15-18 metr/saniyə olacağı, arabir 20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

İyunun 5-i axşamdan 7-si səhərədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.