İDMAN


Sinqapur trasındakı məşhur döngə götürülə bilər 

Bakı, 17 sentyabr, AZƏRTAC 

Sinqapur trasının konfiqurasiyası 2022-ci ildə dəyişdirilə bilər.

AZƏRTAC «RaceFans»a istinadla xəbər verir ki, bir neçə il sonra Sinqapurda inşaat işləri planlaşdırılır, nəticədə trasın 16-cı döngədən 19-cu döngəyədək olan hissəsi götürülə bilər. İnşaat işləri zamanı bu dörd döngə yerinə uzun düz yol çəkiləcək. Pilotlar 15-ci döngədən birbaşa 20-ci döngəyə yollanacaqlar

Beləliklə, 2022-ci ildə məşhur 17-ci döngə də götürülə bilər. Qeyd edək ki, 2008-ci ildə burada oğul Nelson Pikenin bolidi qəzaya uğrayıb. Bu qəza qəsdən törədilib ki, Fernando Alonsonun 2008-ci il mərhələsində taktiki qələbəsi təmin olunsun. Nəticədə “Reno” komandasının rəhbərləri Flavio Briatore və Pet Simmonds Formula 1-də uzaqlaşdırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.