CƏMİYYƏT
Siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 12 fevral, AZƏRTAC
Siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes-Benz C200” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub. Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı isə avtomobilin yük yerində “King” markalı 6000 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.