CƏMİYYƏT


Şirniyyatlar yeməkdən ən azı 1 saat sonra qəbul edilməlidir

Bakı, 12 fevral, AZƏRTAC

Həyatımızı şirniyyatsız təsəvvür etmək çətindir. Tərkibində karbohidratlar olan şirniyyat orqanizmdə xoşbəxtlik hormonu adlandırılan serotonin ifrazını təmin edir. Lakin bununla yanaşı bir sıra fəsadlara da səbəb ola bilir, xüsusilə də şirniyyat yemək həvəsi məhəbbətə çevrilirsə, bu zaman ortaya ciddi problemlər çıxır. Tort və şokoladdan imtina edə bilməyən qadınlar çox vaxt göbələk xəstəliyindən əziyyət çəkirlər. Daimi qlükoza qəbulunun insan ömrünü 25 faizə qədər azaltdığı deyilir.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: “Həddindən artıq şirniyyat yemək mədəaltı vəzini daha çox işləməyə məcbur edir. Şəkər və qlükoza enerji ehtiyacını qarşılayan vasitələrdən biridir. Şəkərin verdiyi enerji həm beyin, həm də ümumiyyətlə orqanizm üçün vacib məhsuldur, ancaq onun nə zaman və necə istifadə edilməsindən də çox asılıdır. Xüsusilə səhər yeməyi zamanı şirniyyat yeyilməsi düzgün deyil. Onu yeməkdən ən azı 1 saat sonra istifadə etmək lazımdır. Un məmulatlarının əvəzinə südlü şirniyyatlar və acı şokolad daha xeyirlidir. Onu meyvələrlə də əvəz etmək mümkündür. Qəbul edildikdən sonra qidaların parçalanması üçün 0,5, ya da 1 kilometrə qədər yolu piyada gəzmək və ya qaçmaq lazımdır, əks halda ürək, qan-damar sistemi xəstəlikləri ilə üzləşmək olar”.

Şirniyyata meyilli uşaqlar üçün də həmin məhsullar ən təhlükəli qidalardan sayılır. Çox qəbul edildikdə yaranan problemlər zaman-zaman orqanizmi zəhərləyir. Ona görə də hər bir məhsulu vaxtında, miqdarında və keyfiyyətli qəbul etmək lazımdır ki, fəsadı yox, faydası olsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.