ELM VƏ TƏHSİL
Şirvan şəhərində qiymətləndirmə tapşırıqlarının hazırlanmasına dair hazırlıq kursları təşkil edilib
Bakı, 3 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Şirvan şəhərində 16 nömrəli tam orta məktəbdə Azərbaycan dili, coğrafiya, tarix, riyaziyyat, biologiya, fizika və kimya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramlar (kurikulumlar) barədə məlumatı olan, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.