Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Siyasi ekspert: Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsi məqsədyönlü xarakter daşıyır

Siyasi ekspert: Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsi məqsədyönlü xarakter daşıyır

Bakı, 14 iyul, AZƏRTAC

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatının gerçək səbəblərini açıqladı və növbəti dəfə işğalçı ölkənin rəhbərliyinin daxili auditoriyaya yönəlmiş siyasətini ifşa etdi. Prezidentin də qeyd etdiyi kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb və daxili çaxnaşmalar geniş vüsət alıb. Bu səbəbdən də, baş nazir Nikol Paşinyan və komandası diqqəti daxili problemlərdən yayındırmaq üçün, Ermənistanın siyasi hakimiyyətlərinin klassik metodlarında – xarici düşmən faktorunu qabartmaqda görüb. Amma indiki halda Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün heç bir təxribat və avantüra Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, işğalçı ölkədə COVID-19 virusuna yoluxanların sayı 32 minə çatıb. Əhalisinin real sayı 1,2-1,5 milyon nəfər olan bir ölkə üçün bu, həddindən artıq böyük rəqəmdir. Ermənistanda indiyədək COVID-19-a yoluxanları müəyyənləşdirmək üçün 5 aya yaxın bir zaman kəsiyində cəmi 135 minə yaxın test aparıldığını nəzərə alsaq yoluxanların sayının kifayət qədər yüksək olduğunu müəyyənləşdirmək olar. Müqayisə aparmaq üçün xatırladım ki, Azərbaycanda son 15-16 gün ərzində aparılan testlərin sayı Ermənistanda aparılan testlərin cəmindən çoxdur.

Ekspert əlavə edib ki, digər tərəfdən, məlum olduğu kimi hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının ən aşağı həddə enməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətinin tamamilə nüfuzdan düşməsinə zəmin yaradıb. Paşinyanın və komandasının sözügedən təxribatla paralel olaraq, nəzarətlərində olan bütün informasiya resursları ilə ölkə daxilində total təbliğat kampaniyasına başlamaları da sübuta yetirir ki, əsas məqsədlərdən biri paramparça olmuş Ermənistan cəmiyyətini xarici təhlükə qarşısında bir araya gətirmək cəhdidir. Erməni siyasətinin “küçə uşaqları” belə hesab edirlər ki, bu yolla getdikcə daha çox tərəfdar toplayan müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, Ermənistan mediasının və müstəqil ekspertlərin verdiyi məlumatlara görə, ölkədəki iqtisadi böhran və sosial problemlər ən yüksək həddə çatıb. Bunun əsas səbəblərindən biri, COVID-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi və sərhədlərin qapalı olmasıdır. Daxili resurslarla əhalinin minimum ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti onları aclıq və səfalətlə baş-başa buraxıb. Ermənistanın rəsmi qurumlarının verdiyi məlumatlara görə, hər il 210 min nəfərdən çox ölkə vətəndaşı mövsümi işlərdə çalışmaq üçün Rusiya və digər ölkələrə getmək məcburiyyətində qalır. Bu şəxslərin 3-4 ay ərzində əldə etdikləri qazanc isə Ermənistanda illik ÜDM-nin 20 faizdən çoxunu təşkil edir. Ermənistan əhalisinin real sayını və gənclərin əhəmiyyətli hissəsinin ölkəni tərk etdiyini nəzərə alsaq, 210 min nəfərin, yəni bu ölkənin işçi potensialının təxminən, 35-40 faizinin yalnız mövsümi işlərin ümidinə qaldığını müəyyənləşdirə bilərik. Bu isə indiki vəziyyətdə Ermənistanda işsizliyin sayının nə qədər yüksək olduğunu göstərir.

Onun sözlərinə görə, Ermənistan Mərkəzi Bankının verdiyi məlumata görə, hər il xaricdən ölkəyə 1,5 milyard ABŞ dollarından çox köçürmələr edilir. Bu köçürmələrin əhəmiyyətli hissəsini isə mövsümi işlərdə çalışan şəxslərin öz ailələrinə göndərdikləri vəsaitlər təşkil edir. Ermənistanın Əmək və sosial məsələlər nazirliyinin demoqrafiya şöbəsinin rəisi Artak Markosyanın Ermənistan mətbuatına verdiyi açıqlamada isə Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərin real göstəricilərdən dəfələrlə az olduğunu bildirib. O qeyd edib ki, mövsümi işlərdə çalışmaq üçün xarici ölkələrə üz tutan Ermənistan vətəndaşlarının çoxu qazandıqları vəsaitləri nağd şəkildə, ölkəyə geri qayıdan zaman özləri ilə gətirirlər. Bu isə mövsümi işlərdən əldə edilən vəsaitlərin həcminin təxminən 3 milyard dollarından çox olduğunu göstərir. Yəni, təxminən Ermənistanın dövlət büdcəsi qədər. Göründüyü kimi, yaranmış vəziyyət Ermənistandakı daxili kataklizmlərin daha da dərinləşəcəyi ehtimalını yaradır. Ermənistanın, Paşinyan hakimiyyətinin isə COVID-19 səbəbindən itirilən vəsaitləri kompensasiya etmək üçün heç bir iqtisadi resursu yoxdur. Bu dəfə klassik dilənçilik ənənəsi də ermənilərin köməyinə çatmır. Çünki pandemiya səbəbindən dünyanın bütün ölkələri diqqəti daxili sosial-iqtisadi problemlərinin həllinə yönəldiblər. Məhz bu səbəbdən Nikol öz hakimiyyətini bir ölümcül nəticədən xilas etmək üçün başqa bir ölümcül nəticəni – Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib.

“Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi təxribat törətməsinin başqa bir səbəbi isə, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlarla bağlıdır. Prezident İlham Əliyevin pandemiya dövründə irəli sürdüyü regional və qlobal təşəbbüslərinin ən yüksək səviyyədə dəstək qazanması, dünyanın aparıcı beynəlxalq təşkilatlarının, o cümlədən Avropa İttifaqının, Qoşulmama Hərəkatının və digər nüfuzlu beynəlxalq təsisatların ölkəmizin ərazi bütövlüyünə verdikləri dəstək, verilən açıqlamalar və qəbul olunan qərarlarda işğalın qətiyyətlə pislənilməsi və hərbi qəsbkarlığa son qoyulmasının tələb olunması Ermənistanın mövqelərinə ciddi zərbə vurub. Azərbaycan Prezidentinin ən mötəbər kürsülərdə, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, MDB dövlət və hökumət başçılarının Bişkekdə keçirilən Zirvə toplantısında, Münhen Təhlükəsizlik Konfransında və digər yüksək səviyyəli beynəlxalq tədbirlərdə müntəzəm olaraq münaqişənin və bölgənin tarixi ilə bağlı gətirdiyi konkret faktlar, inandırıcı əsaslandırmalar Ermənistanın, erməni diasporu və lobbisinin təbliğatını alt-üst edib, işğalçı ölkədə faşizmə olan sevginin görmək mahiyyətini göz önünə sərgiləyib” , - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Siyasi ekspert qeyd edib ki, artıq bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu isə Ermənistan hakimiyyətinin münaqişə ilə bağlı həm daxildə, həm də xaricdə manipulyasiya etmək cəhdlərinin qarşısını alır, təbliğat imkanlarını minimuma endirir. Bu səbəbdən də Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir.

O əlavə edib ki, Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsi də məqsədyönlü xarakter daşıyır. İşğalçı ölkə bununla diqqəti münaqişənin mahiyyətindən, işğal faktından yayındırmağa, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır.

“Amma Azərbaycan Prezidentinin də bildirdiyi kimi, bunun üçün heç bir əsas yoxdur və bütün faktlar təxribatın Ermənistan tərəfindən həyata keçirildiyini, ölkəmizin isə təxribata adekvat cavab verdiyini sübuta yetirir. Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi təxribata cavab vermək gücündədir. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Düşmənə hər zaman olduğu kimi öz layiqli yeri göstəriləcək. Azərbaycan xalqı və dövləti heç zaman işğalla barışmayacaq”, - deyə ekspert diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib