Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Siyəzəndə Heydər Əliyev Mərkəzi açılmışdır VİDEO

Bakı, 18 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Siyəzənin ən gözəl yerlərindən birinə çevirmişdir.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Mərkəz ilk növbədə, siyəzənlilərin dahi rəhbərin xatirəsinə olan ehtiramını nümayiş etdirir. Mərkəzin yaradılması həm də Ulu Öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Buradakı foto və digər eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli yüksəlişi, beynəlxalq nüfuzunun artması məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır. Siyəzəndə Ulu Öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi həm də şəhərin görünüşünə əlavə gözəllik verir.

Qeyd edildi ki, 3 mərtəbədən və 14 otaqdan ibarət olan Mərkəzin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvarında başlanılmış və iyul ayında başa çatdırılmışdır. Ümumi sahəsi 1200 kvadratmetr olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzənə səfərləri əks olunmuşdur. Mərkəzdə, həmçinin ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Siyəzənə səfərlərini əks etdirən fotolar da yer almışdır. Buradakı eksponatlar və fotolardan aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifəsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Diqqətə çatdırıldı ki, Mərkəzdə Prezident İlham Əliyevin Siyəzənə səfərləri ilə bağlı fotoguşə də yaradılmışdır. Binanın birinci mərtəbəsində muzey, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcəkdir. Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və rəsm studiyaları, sərgi salonu vardır. Üçüncü mərtəbədə isə müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılmışdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Bu gün biz Siyəzən rayonunda Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Gözəl hadisədir, gözəl mərkəzdir. Yeni tikilmiş mərkəzdir, həm xarici görünüşü gözəldir, daxili tərtibatı da yüksək səviyyədədir. Əminəm ki, Mərkəz Siyəzən rayonuna çox gözəl bir töhfə olacaqdır və burada əlbəttə ki, müxtəlif tədbirlər keçiriləcək, eyni zamanda, Ulu Öndərin siyasi irsi öyrəniləcəkdir.

Biz bu ilin may ayında Ulu Öndərin 90 illik yubileyini təntənəli şəkildə qeyd etdik. Bir daha görürük ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Eyni zamanda, biz bu ilin iyun ayında Qurtuluş Gününün 20-ci ildönümünü qeyd etmişik. Qurtuluş Günü bir dönüş nöqtəsidir. Çünki o günə qədər Azərbaycanda proseslər mənfi istiqamətdə gedirdi, müstəqilliyimizin ilk illəri çox ağır keçirdi və demək olar ki, xoşagəlməz halların qarşısı alınmırdı. Əksinə, onlara rəvac verilirdi və ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra bütün xoşagəlməz halların qarşısı alındı və Azərbaycan inamla inkişaf yoluna qədəm qoydu.

O vaxtdan bu günə qədər 20 il keçir. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Azərbaycan bu illər ərzində böyük nailiyyətlərə imza atmışdır. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Son 10 il ərzində Azərbaycan dünyada misli görünməmiş templərlə inkişaf edir. İyirmi il bundan əvvəl isə biz bu inkişafın başlanğıcında idik və Ulu Öndərin siyasi təcrübəsi, onun biliyi, cəsarəti və dünyagörüşü Azərbaycanın inkişafını təmin etdi. Çünki 20 il bundan əvvəl Azərbaycanın hansı yollarla inkişaf edəcəyi haqqında müxtəlif fikirlər, yanaşmalar var idi. Heydər Əliyevin böyüklüyü ondan ibarətdir ki, o, düzgün istiqamət seçmişdir və Azərbaycanda gedən inkişafa təkan vermişdir. Həm beynəlxalq əməkdaşlıqla, daxili proseslərlə bağlı, həm də iqtisadi islahatlarla əlaqədar aparılan siyasət bu gün də davam etdirilir. Bu gün Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkədir. Biz ən mötəbər beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir, bölgələr inkişaf edir. Biz bu inkişafı hər bir sahədə görürük. Bu, həm statistik göstəricilərdə özünü göstərir, eyni zamanda, bu inkişafı insanlar öz gözü ilə görə bilirlər.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı da ümumi işimizdə çox vacib bir vasitədir. İkinci Dövlət Proqramı artıq bu ilin sonuna qədər başa çatacaqdır. Gələn il üçüncü Dövlət Proqramı qəbul ediləcəkdir. Ancaq ilin sonuna qədər bölgələrdə əsas infrastruktur layihələri öz həllini tapmalıdır.

Siyəzən rayonunda da son illər ərzində böyük işlər görülmüşdür. Rayonun inkişafı, abadlaşması ilə bağlı müvafiq göstərişlər verilmişdir. İnfrastruktur layihələri icra edilir, yollar çəkilir. Əvvəllər şimal istiqamətində gedən yol düz şəhərin mərkəzindən keçirdi, böyük narahatlığa səbəb olurdu. İndi yeni çəkilmiş yol əlbəttə ki, həm gediş-gəliş üçün yeni imkanlar yaradır, həm də ki, şəhərin sakinləri üçün rahatlıq verir. Bildiyimə görə, indi şəhərin ortasından tranzit yük maşınları daha keçmir. Hər halda keçməməlidir.

Bu gün biz bu gözəl mərkəzin açılışını qeyd edirik. İndi gənclər mərkəzinin açılışını qeyd edəcəyik. Görürəm, o da çox gözəl binadır. Bu gün, eyni zamanda, biz içməli su layihəsinin istismara verilməsini qeyd etdik. Bu da, hər bir bölgə hər bir rayon üçün çox vacib layihədir. Çox şadam ki, içməli su layihəsi də Siyəzəndə artıq icra edilibdir. Mənə verilən məlumata görə, sayğaclaşdırma işləri aparılacaq və su kəməri şəbəkəyə qoşulacaqdır. Beləliklə, Siyəzən şəhərində suyun 24 saat ərzində verilməsi təmin ediləcəkdir. Bu, doğrudan da böyük layihədir, böyük sosial məna daşıyan bir layihədir. Çünki içməli su insanın sağlamlığı üçün əsas məsələdir və bu layihələr ölkə üzrə icra edilir. O cümlədən Siyəzəndə də içməli su layihəsinin icrası əlbəttə ki, böyük sevincə səbəb olmuşdur.

Gələcək illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Burada məşğulluğun artırılması üçün əlavə tədbirlər görülməlidir. Baxmayaraq ki, mənə verilən məlumata görə, indi məşğulluqla o qədər də böyük problem yoxdur. Burada böyük quşçuluq fabriki fəaliyyət göstərir. Bu fabriki də sovet dövründə Ulu Öndərin səyləri nəticəsində tikmək mümkün olmuşdur. O vaxt bu fabrik Macarıstandan valyuta hesabına gətirilmişdir, Azərbaycanda quraşdırılmışdır və bu gün də bu fabrik xidmət göstərir. İndi mənə deyirlər ki, orada 2 mindən artıq vətəndaş işləyir. Neft Şirkətinin strukturlarında, özəl sektorda işləyənlər var. Yəni, Azərbaycanda bütövlükdə məşğulluqla bağlı problemlər uğurla icra edilir və əlbəttə ki, rayonlarda, bölgələrdə bu problem daha da böyük dərəcədə öz həllini tapmalıdır. Çünki böyük şəhərlərdə işsizlik demək olar ki, aradan qaldırılıbdır. Rayonlarda hələ ki, var, bu məsələ də daim diqqət mərkəzində olmalıdır.

Bir sözlə, biz Siyəzənin timsalında Azərbaycanda son illər ərzində gedən inkişafı görürük. Gələcək illər üçün də bizim konkret planlarımız vardır. Rayonun gələcək inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur ki, burada işlər daha da sürətlə getsin və insanları narahat edən bütün məsələlər öz həllini tezliklə tapsın. Onların içində əlbəttə ki, ilk növbədə infrastruktur layihələridir, qazlaşdırmadır, - indi qazlaşdırma burada təxminən 100 faizə çatıbdır, - içməli su layihəsidir. Bu gün biz bunun açılışını qeyd etdik. Elektrik enerjisi ilə olan bəzi problemlər də öz həllini tapmalıdır. Kənd yollarının tikintisi, iş yerlərinin yaradılması, ictimai yerlərin, parkların salınması. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq. Əminəm ki, biz gələcək illərdə hələ çox görüşəcəyik, çünki burada hələ təntənəli açılışlar çox olacaqdır. Sizi bir daha salamlayıram və sizə uğurlar arzulayıram.

X X X

Siyəzənin inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən 2 nömrəli şəhər orta məktəbinin müəllimi Ramilə SEYİDOVA dedi:

- Çox hörmətli möhtərəm cənab Prezident. İcazə verin, Sizi siyəzənlilər adından ürəkdən salamlayım. Bütün siyəzənlilərin ən gözəl və xoş duyğularını Sizə çatdırmaqla “Xoş gəlmisiniz!” deyirəm.

Möhtərəm cənab Prezident, bu gün bizim üçün əlamətdar və xoş bir gündür. Biz Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin adını daşıyan bu möhtəşəm mərkəzin açılışını edirik. Əlbəttə, cənab Prezident, hər bir azərbaycanlı bilir ki, ulu öndər Heydər Əliyev öz ölkəsini, öz xalqını canından çox istəmişdir. Cənab Prezident, ulu öndər Heydər Əliyev canı bahasına, qanı bahasına müstəqil Azərbaycan Respublikasını qurub-yaratmışdır. Ulu Öndərin tarixi irsini öyrənmək, gələcək nəsillərə çatdırmaq biz gənclərin mənəvi borcudur.

Biz gənclər üçün yaratdığınız bu şəraitə görə mən gənclər adından sizə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Cənab Prezident, biz gənclər öz gələcəyimizdən tam şəkildə arxayınıq, çünki bizim Sizin kimi liderimiz vardır. Son 10 illər ərzində respublikamızda hər il, hər ay, hər gün tikinti, abadlıq, quruculuq işlərinin şahidi oluruq. Hərdən bizə elə gəlir ki, bunlar belə də olmalıdır. Lakin digər ölkələrlə müqayisədə görürük ki, bu, heç də belə deyildir. Sizin əməyiniz, zəhmətiniz sayəsində bunlar əldə olunub. Bütün bunlar Sizin xalqımıza göstərdiyiniz xidmətiniz nəticəsində mümkün olmuşdur. Ona görə də bir çox beynəlxalq təşkilatlar Sizi dəfələrlə “İlin adamı” elan etmişdir.

Cənab Prezident, mən özüm Siyəzən rayonunda böyüyüb boya-başa çatmışam. Siyəzən rayonu ərazisi və əhalisinin sayına görə respublikamızın kiçik rayonlarından olmasına baxmayaraq, iqtisadiyyatının inkişafına görə heç də digər rayonlarımızdan geri qalmır. Bu gün həqiqətən də Siyəzən rayonunun siması məhz Sizin sayənizdə tamamilə dəyişmişdir. Rayonumuzun inkişafına göstərdiyiniz qayğıya görə Sizə, eyni zamanda, Sizinlə çiyin-çiyinə çalışan, təhsilimizin, mədəniyyətimizin inkişafına verdiyi töhfəyə görə Mehriban xanıma öz minnətdarlığımızı bildiririk.

Biz siyəzənlilər inanırıq ki, apardığınız uğurlu xarici siyasət nəticəsində Ali Baş Komandan kimi məhz Sizin rəhbərliyiniz altında, Dağlıq Qarabağ problemi öz müsbət həllini tapacaq, respublikamızın ərazi bütövlüyü təmin ediləcəkdir. Biz siyəzənlilər Sizinlə qürur duyuruq, əvvəlki illərdə olduğu kimi yenə də ətrafınızda daha sıx birləşib qarşıdan gələn prezident seçkilərində məhz Sizi dəstəkləyəcəyik.

Siz bizim əbədi liderimizsiniz, cənab Prezident. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi Prezidentimiz vardır. Cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti, müstəqil Azərbaycan Respublikasının rifahı naminə apardığınız daxili və xarici siyasətinizdə yeni-yeni uğurlar arzu edirik. Diqqətinizə görə sağ olun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Siyəzəndə Heydər Əliyev Mərkəzi açılmışdır VİDEO

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək