DÜNYA


Slovakiya diplomatların Kiyevdən təxliyəsinə ehtiyac görmür

Bratislava, 26 yanvar, AZƏRTAC

Ukrayna ətrafındakı mövcud gərginliyə baxmayaraq, rəsmi Bratislava diplomatların Kiyevdən təxliyəsinə ehtiyac görmür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın xarici işlər naziri İvan Korçok TASR agentliyinə müsahibə zamanı bildirib.

Nazir qeyd edib ki, diplomatların bölgədə mövcudluğu imtinaolunmaz əhəmiyyət daşıyır və eyni zamanda böhranın siyasi həlli üçün göstərilən səylərin təsdiqi olaraq vacibdir.

Slovak nazir həmçinin bildirib ki, Aİ xarici işlər nazirlərinin Brüssel toplantısında Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı mümkün yeni sanksiyalar barəsində qərar verilməyib. O bildirib ki, ölkəsi Slovakiya sərhədlərindən cəmi bir neçə yüz kilometr məsafədə hadisələrin inkişafını yaxından izləyir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.