Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sloveniyada 28 May - Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir VİDEO

Lyublyana, 17 may (AZƏRTAC). Mayın 15-16-da Sloveniyada 28 May - Respublika Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşən Mons otelində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə qəbul təşkil olunmuşdur. Qəbulda Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Sloveniyadakı hərbi nümayəndəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin rəhbərliyi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də işgüzar dairələrin təmsilçiləri iştirak etmişlər.

Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyadakı səfiri Qalib İsrafilov çıxış edərək ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsindən, 1991-ci ildə müstəqilliyin bərpasından sonra respublikamızda gedən proseslərdən və əldə olunmuş uğurlardan danışmışdır.

Tədbirin bədii hissəsində gənc musiqiçi Çingiz Mustafayev tarda Rizvan Əliyevin müşayiəti ilə Azərbaycan və dünya musiqiçilərinin mahnılarını səsləndirmişdir.

Sonra ziyafət verilmişdir.

X X X

Mayın 16-da Nova Qoritsa şəhərinə səfər edən Azərbaycan nümayəndə heyəti şəhər merinin müavini Mitya Trtnik ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Sloveniya arasında əlaqələrin inkişaf etdiyi qeyd edilmiş, münasibətlərin genişlənməsində şəhər meriyasının və bu regiondakı əhalinin rolu xüsusi vurğulanmışdır. Sloven torpaqlarının faşistlərdən azad olunmasında Azərbaycanın igid oğullarının göstərdikləri şücaət qeyd edilmiş və onların əziz xatirəsinin qəlblərdə daim yaşayacağı bildirilmişdir.

Nova Qoritsa regionuna səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mayın 16-da Trnova qəsəbəsindəki Xatirə parkında yerləşən memorial abidəni ziyarət etmişdir. Abidənin önünə Azərbaycan hökuməti və ARDNŞ adından əklil qoyulmuşdur.

Bildirilmişdir ki, buradakı qardaşlıq qəbiristanlığında uyuyan və adları arxiv sənədləri əsasında yeni tapılmış 22 Azərbaycan oğlunun adı yeni xatirə lövhəsinə həkk olunmuş, onların məzarları yenidən qurulmuşdur.

Burada keçirilmiş mərasimdə səfir Qalib İsrafilov çıxış etmiş və fəxrlə bildirmişdir ki, Azərbaycan igidləri bu torpaqların azad olunmasında şücaət göstərmiş və qəhrəmanlıqla həlak olmuşlar.

ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov çıxışında Sloveniya torpaqlarında uyuyan Azərbaycan oğullarının xatirəsinin əbədiləşdirilməsi üçün görülən işləri dəstəkləməyə hazır olduqlarını bildirmişdir.

Döyüşçülər və Veteranlar Şurasının vitse-prezidenti Rino Velikonya çıxışında Primorska və Nova Qoritsa regionlarının tarixən slavyan və roman dilli xalqların ortaq əraziləri olduğunu, tarix boyunca bu ərazilərdə bir çox xalqların nümayəndələrinin məskən saldığını, işğalçı kimi bu torpaqlara qədəm basdıqlarını bildirmişdir. O demişdir ki, azərbaycanlılar bu torpaqların azad olunması və sloven xalqının əsarətdən qurtulması üçün misilsiz xidmətlər göstərmişlər. Azərbaycanlıların bu torpaqlarda göstərdikləri igidlik heç zaman unudulmayacaqdır. Sloven torpaqlarının faşistlərdən təmizlənməsində xüsusi igidlik göstərmiş azərbaycanlılar sloven xalqının qəhrəmanlarıdır və onların xatirəsi gələcək nəsillər tərəfindən də əziz tutulacaqdır.

Sonra nümayəndə heyəti Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, sloven xalqının alman faşizminə qarşı partizan mübarizəsinin qəhrəmanı Mehdi Hüseynzadənin Çepovan kəndindəki məzarı və memorial abidə kompleksini ziyarət etmiş, abidə önünə əklil qoymuşdur.

Mərasimdə Mehdi Hüseynzadənin silahdaşları, müqavimət hərəkatında iştirak etmiş keçmiş partizanlar və yerli ictimaiyyətin nümayəndələri də iştirak etmişlər.

Sloveniyanın imamı Necat Qrabus qəbiristanlıqda uyuyan müsəlmanların ruhuna dua oxumuşdur.

Sonra Şempas qəsəbəsində M.Hüseynzadənin abidəsi və xatirə muzeyi ziyarət edilmiş, abidə önünə hökumət və ARDNŞ adından əklillər qoyulmuşdur. Vaxtilə partizan Mixaylonun istifadə etdiyi və Balkanlarda tanınmış silah kolleksioneri Zmaqo Yelinçiçin şəxsi kolleksiyasından əldə olunmuş alman istehsalı olan 9 millimetrlik kalibrli avtomat silahı (ERMA M40) xatirə muzeyinə hədiyyə edilmişdir.

Muzey rəhbərliyi təhlükəsizlik sisteminin yenidən qurulması və muzeylə bağlı digər işlərin görülməsində azərbaycanlı iş adamı Artur Abdinovun dəstəyini minnətdarlıqla qeyd etmişdir.

ARDNŞ-in nümayəndə heyəti Mixaylonun ən yaxın silahdaşı və müavini olmuş “Tolya” ləqəbli Tağı Əliyevin Rençe qəsəbəsindəki məzarını ziyarət etmiş, memorial kompleks önünə əklil qoymuşdur. Nova Qoritsa regional kitabxanasının direktoru olmuş Rayko Slokar və Nova Qoritsa regionu üzrə Tarixi Məzarlıqlar və Abidələr Komissiyasının rəhbəri İvan Trop bu məzarlıqda və ətraf ərazilərdəki digər məzarlıqlarda uyuyan azərbaycanlı döyüşçülər barədə danışmış, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində səylə çalışacaqlarını bildirmişlər. Memorial kompleksin yenidən qurulmasında və ümumiyyətlə bu işlərdə göstərdiyi dəstəyə görə ARDNŞ-in nümayəndəliyinə təşəkkür edilmişdir.

Azərbaycan səfirliyinin “Azərbaycan döyüşçülərinin qəhrəmanlıq yolu ilə” adlı proqramı çərçivəsində Sloveniya və İtaliyanın şimal bölgələrində döyüşmüş azərbaycanlılar haqqında məlumatlar və onların uyuduqları məzarlar tapılaraq bərpa olunur. Eyni zamanda, yerli əhali arasında onların əziz xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq tədbirlər görülür.

Tədbir musiqi proqramı ilə başa çatmışdır.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Lyublyana/Nova Qoritsa

Sloveniyada 28 May - Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB CANLI

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO