ELM VƏ TƏHSİL


Smartfon və kompüterlərdən çox istifadə beyinin yorulması ilə nəticələnir

Bakı, 10 mart, AZƏRTAC

Yaponiya alimləri smartfon və kompüterlərdən çox istifadənin beyinin yorulması ilə nəticələnərək depressiyanın inkişafına səbəb olacağı qənaətinə gəliblər.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, “Okumura” yaddaş klinikasının direktoru Ayumi Okumuranın sözlərinə görə, son illər yaddaş pozğunluğu diaqnozu qoyulan insanların sayı artıb. Bu problem daha çox 30-60 yaşlı xəstələr arasında aşkarlanıb. Onun sözlərinə görə, böyük həcmli informasiya ilə yüklənən telefon və kompüterlərdən çox istifadə insanların beyninə mənfi təsir göstərir.

Alimlər tərəfindən kompüterdə işləyərkən və ya televizora baxarkən, eləcə də qida qəbulu zamanı smartfonlardan istifadə etməmək tövsiyə edilir. Bundan başqa, daha çox yatmaq məsləhət görülür, çünki yuxu zamanı beyin dincəlir və bərpa olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.