ORDU
“Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz növbəti mərhələyə hazırlaşırlar VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz hədəfin üzərində yerləşən və diametri 2 santimetr olan dairəyə 300-600 metrdən atəş açmaq üzrə bacarıqlarını sınayıblar. Fərdi yarışda snayperlərimiz Rusiya, Qırğızıstan, Venesuela və Şri-Lanka hərbçiləri ilə mübarizə aparırlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 5-də snayperlərimiz növbəti mərhələyə hazırlıq məqsədilə sınaq atışları yerinə yetirirlər. Hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan atışlar edirlər. İştirakçılar, həmçinin mərhələnin xüsusiyyətləri, tapşırıqların yerinə yetirilmə hədləri, eləcə də ərazinin maddi-texniki bazası ilə tanış olurlar.