İQTİSADİYYAT


“Societe Generale” neftin qiymətinə dair proqnozunu yüksəldib

“Societe Generale” neftin qiymətinə dair proqnozunu yüksəldib

Bakı, 20 fevral, AZƏRTAC

Fransa bankı “Societe Generale” neftin qiymətinə dair proqnozunu artırıb.

AZƏRTAC xəbər verir ki, bank 2018-ci ildə “Brent” markalı neftin bir barrelinin orta qiymətinə üzrə proqnozunu 62 dollardan 66 dollara artırıb. “Societe Generale” bu il üçün “Light” neftinin orta qiymətinə dair proqnozunu isə 58 dollar/barreldən 62 dollar/barrelə yüksəldib.

Bank hesab edir ki, ABŞ-da neft hasilatının hazırkı artımı proqnozları üstələsə də, Venesuelanın istehsalındakı azalma da proqnozları qabaqlayır. Qeyri-OPEC ölkələrində neft hasilatında ciddi artım olacağı proqnozlaşdırılır. Lakin OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edəcək. Bundan başqa, 2018-ci ildə neft bazarında tarazlıq bərpa olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.