REGİONLAR


Son illər Goranboyda 24 məktəb binası və 3 əlavə tədris korpusu tikilib

Goranboy, 12 mart, Rauf Hacıyev, AZƏRTAC

Son illərdə respublikamızın bütün bölgələrində ümumtəhsil məktəblərinin infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının zənginləşdirilməsi üçün həyata keçirilən tədbirlərə uyğun olaraq Goranboy rayonunda da 24 məktəb binası və 3 əlavə tədris korpusu tikilib. Həmçinin 11 məktəb əsaslı təmir edilib.

Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il Xoylu kənd tam orta məktəbin əlavə korpusu əsaslı təmir edilib, Səfikürd və Balakürd kəndlərində mini stadionlar quraşdırılıb.

Bununla belə hazırda 15 məktəbin tikintisinə, 4 məktəbin isə əsaslı təmirinə ehtiyac var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.