DÜNYA


Son sutka ərzində Türkiyədə 90 nəfər koronavirusdan həyatını itirib

Ankara, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Türkiyədə ümumilikdə 115 min 794 nəfər koronavirusa qarşı testdən keçirilib. Onlardan 7 min 906 nəfərdə xəstəliyin əlamətləri aşkarlanıb, 658 nəfər xəstəxanalara yerləşdirilib.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada bu xəstəlikdən 90 nəfər ölüb, 7 min 189 nəfər isə sağalıb. İndiyədək ölkə üzrə 2 milyon 602 min 34 nəfərdə virus aşkarlanıb, 27 min 652 nəfər ölüb. Statistika göstərir ki, koronavirusa sutkalıq yoluxma sayı sağalanlardan çox olur.

Qeyd edək ki, hazırda Türkiyədə koronavirusa “Evdə qal” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Vaksinləşmə, o cümlədən peyvəndin ikinci dozasının vurulması Səhiyyə Nazirliyinin qəbul etdiyi qrafika uyğun aparılır. Prosesdə ləngimə yoxdur.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.