İDMAN


Son üç güləşçimizin Tokio Olimpiadasında rəqibləri müəyyənləşib

Bakı, 5 avqust, AZƏRTAC

Tokio Olimpiadasında güləş yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 6-da sərbəst güləşdə 65 və 97, qadın güləşində isə 50 kiloqram çəki dərəcəsində mübarizəyə start veriləcək. Avqustun 5-də həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və milli üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Hacı Əliyev (65 kq) səkkizdəbir final mərhələsində seneqallı Adama Diatte ilə qarşılaşacaq. Şərif Şərifov (97 kq) ilk görüşdə əsas favoritlərdən biri olan Abdulrəşid Sadullayevlə (Rusiya) mübarizə aparacaq. Mariya Stadnik (50 kq) isə startda rusiyalı Stalvira Orşuşla qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu çəki dərəcələrində mübarizəyə Bakı vaxtı ilə saat 06:30-da start veriləcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.