Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Son və həlledici həmlə: Ermənistanda siyasi mübarizənin özəllikləri

Son və həlledici həmlə: Ermənistanda siyasi mübarizənin özəllikləri

Bakı, 18 fevral, AZƏRTAC

Hərbi məğlubiyyət Ermənistan siyasi mühitində böyük canlanma yaratdı. Erməni cəmiyyəti təslim aktının kədərini və məyusluğunu yaşadığı bir zamanda erməni siyasətçilər fürsətdən yararlanaraq taleyinə təslimçilik aktını imzalamaq missiyası düşən Paşinyanı devirmək və siyasi hakimiyyətə yiyələnmək üçün mübarizə meydanına atıldılar. 2018-ci il inqilabından sonra keçirilən seçkilərdə uğursuz olmuş çoxsaylı cırtdan partiyaları təmsil edən psevdo-siyasətçilər daha çox vətənpərvər olduqlarını göstərmək üçün revanş şüarı altında birləşdilər və hələ də müharibənin ağır itkilərinə yas tutan xalqı meydana çağırdılar. Müharibənin nəticələrini dəyişmək kimi cəlbedici şüarların bolluğuna baxmayaraq, xalq onları dəstəkləmədi və onlar az sonra meydanda tək qaldıqlarını gördülər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Son və həlledici həmlə: Ermənistanda siyasi mübarizənin özəllikləri” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Təmsilçilik funksiyasından başqa heç bir real səlahiyyətə malik olmayan prezident Armen Sarkisyan da özü üçün xoşbəxt saatın gəldiyini qət edib baş nazir Nikol Paşinyana qarşı təzyiqlərin artması üçün əlindən gələni etdi. Ermənistanın ən gərgin günlərində prezident bir tərəfdən, heç bir səlahiyyətinin olmaması barədə və guya “olsaydı təslimçiliyə yol verməyəcəkdi” kimi eyhamlarla dolu mesajlarını xalqa ünvanlayır, digər tərəfdən, demək olar ki, hər gün Paşinyana müxalif mövqedə dayanan ən radikal siyasi qüvvələrlə görüşərək siyasi meydanda özünün hakimiyyətə gedən yolunu açmağa başladı. Paşinyanla müxalifət arasında öz məkrli oyununu aparan Sarkisyanın əsl məqsədi tezliklə həm xalqa, həm də hakimiyyətə gəlmək üçün dəridən-qabıqdan çıxan müxalifətə aydın oldu. Beləliklə, “toy generalı”nın əsl generala çevrilmək arzusu daşa dirəndi. Yaranmış pərtliyi ört-basdır etmək üçün məzuniyyət götürüb Londona yola düşən prezident orada “xəstələndi” və siyasi hakimiyyət ehtiraslarını söndürmək üçün düz bir aylıq “meditasiyaya” oturdu.

Sarkisyanın qürubu ilə əsas fiqurlardan birinin artıq sıradan çıxdığına əmin olan Koçaryan kölgədən çıxmağa başlayır. Keçmişi həm Azərbaycanda, həm də Ermənistanda qatı cinayət əməlləri ilə xatırlanan və yeni hakimiyyət tərəfindən dalana sıxılmış Koçaryan öz adı ətrafında “təcrübəli dövlət xadimi” imicinin yaradılması ilə siyasi səhnəyə qayıtmağa cəhd göstərir. Cəhdin uğurlu alınacağı halda Koçaryan özünün 2 əsas problemini həll etməyə çalışır: siyasi hakimiyyətə gələcəyi təqdirdə Ermənistana rəhbərlik etdiyi illərdə törətdiyi cinayətlərə görə məsuliyyətdən yaxa qurtarmaq və bu dəfə özünü yeni ampluada, “erməni xalqının xilaskarı” obrazında cəmiyyətə sırımaq. Keçən həftə Moskvada olarkən “Sputnik” telekanalına verdiyi müsahibəsində Koçaryan deyirdi: “Biz öz sərhədlərimizin təhlükəsizliyini təmin etmək iqtidarında deyilik. Ordunun bərpası ilə məşğul olmaq üçün siyasi iradə yoxdur. Apatiya səviyyəsi o qədər yüksəkdir ki, sosioloqlar deyirlər ki, bu vəziyyətdə hər hansı sosioloji araşdırma aparmağın mənası yoxdur. İnsanların şokda olması, savaş nəticələrinin olduqca gözlənilməz olması, təkcə hakimiyyətdən yox, ümumiyyətlə dövlətdən məyusluq, ümumiyyətlə, erməni millətinin kifayət qədər dövlət yaradıcı resursunun olub-olmaması haqqında cəmiyyətin şübhələri – bütün bunlar olduqca dərin məyusluqdur, xüsusilə əhalinin intellektual kəsimi üçün. Düşünürəm ki, bütün bunlar çox intensiv miqrasiyaya səbəb ola bilər. İnsanlar sadəcə çıxıb gedəcəklər. Bu məsələdə biz axı çox mobilik. Bizim böyük diasporumuz var və böyük diaspora isə növbəti miqrasiya dalğası üçün real infrastrukturdur. Kimin harada qohumu, sinif yoldaşı, tələbə yoldaşı var, gedib onlara qoşulacaqlar... Hələlik bizi pandemiya məhdudiyyətləri xilas edir. Bu məhdudiyyətlərin aradan götürülməsi, reyslərin sayının artırılması, avtobusla Gürcüstan vasitəsilə ölkədən çıxmaq və s imkanları yarananda elə bir köç dalğası başlayacaq ki, heç də az görünməyəcək”.

Elə oradaca “Böyük siyasətə qayıtmışam” deyən Koçaryan Qarabağ və onun gələcəyi haqqında bir kəlmə də danışmır. Qisas şüarlarının dəstəklənmədiyini görən hiyləgər Koçaryan müharibədəki məğlubiyyətin səbəbini Paşinyan hökuməti ilə bağlamaqla 30 il öncə özünün ortaya atdığı Qarabağ macərasını da birdəfəlik qapatmağa və unutdurmağa çalışır. O öz missiyasını artıq “Qarabağ məsələsi”nin dirildilməsi ilə yox, guya xalqın üzləşdiyi problemlərin həlli ilə məşğul olmaqda görür.

Maskalanmaq cəhdlərinə baxmayaraq, erməni cəmiyyətində Koçaryanın faşist ideologiyasına və cinayətkar obrazına qarşı sərt müqavimət davam etməkdədir. Bu müqaviməti həlledici gücə çevirmək üçünsə Paşinyan hökumətinin əlində Koçaryana qarşı lazımi anda açıqlana biləcək kifayət qədər cinayət faktları var. Belə bir şəraitdə Koçaryanın siyasi hakimiyyətə yiyələnərək törətdiyi cinayətlərin izlərini silmək cəhdləri iflasa məhkumdur.

Koçaryan böhranlı vəziyyətdən istifadə edərək qaranlıq keçmişini sıfırlamaq cəhdində tək deyil. Etnik təmizləmə, Xocalı soyqırımı kimi insanlığa qarşı ağır cinayətlərdə onunla çiyin-çiyinə addımlamış Serj Sarkisyan da əslində özünün baiskarı olduğu 10 min erməni hərbçisinin qanı üzərində siyasi reabilitasiya qazanmağa çalışır. Uzun sürən susqunluqdan sonra sükutu pozmağa qərar vermiş Sarkisyan da öz xalqının çıxılmaz vəziyyətindən yararlanaraq növbəti dəfə erməni cəmiyyətini aldatmağa çalışır. Sarkisyanın riyakarlığı onun müsahibəsində tam çılpaqlığı ilə görünür. Sən demə, 2018-ci ildə Sarkisyan ona görə baş nazir olmaq istəyirmiş ki, “Qarabağ məsələsi kimi çətin bir məsələnin həlli məsuliyyətini öz üzərinə götürsün və bunu gələcək nəsillərə saxlamasın”. Sarkisyanın ağ yalanına görə, guya imzalanmaq üçün hansısa sənədlər də hazırlanıbmış. Sarkisyanın özü haqqında “fədakar” obrazı yaratmaq cəhdi erməni riyakarlığının ən bariz nümunəsidir və bu cəhd erməni mətbuatı tərəfindən dərhal ifşa olundu.

Bütün müxalif güclərin hazırkı hakimiyyətə qarşı yönəlməsinə baxmayaraq, məqsədlərin müxtəlifliyi də nəzərdən qaçmır. Müxalifət revanşizmi ilə saxta birlik nümayiş etdirən Koçaryan və Sarkisyan cütlüyünün revanşizmi əslində müharibənin nəticələrinə qarşı deyil, məhz Paşinyan hakimiyyətinə qarşı yönəlib. Onların məqsədi heç də müharibənin nəticələrin aradan qaldırmaq yox, cinayət araşdırmalarına qarşı öz şəxsi təhlükəsizliklərini təmin etməkdən ibarətdir.

Paşinyan hökuməti, öz növbəsində, tədricən müharibə şokundan ayılmağa başlayır. 10 Noyabr Bəyanatından uzaqlaşan hər gün laxlamış Paşinyan hökumətinin mövqeyini bir qədər möhkəmləndirir. Müharibə mövzusunu qapadaraq yenidən islahatlar haqqında anonslar verən hökumət üzvləri getdikcə “köhnə qvardiya”ya qarşı daha inamlı müqavimət göstərirlər. Beynəlxalq təmaslarda üçtərəfli Bəyanatın müddəalarına sadiqliyini təkrarlamaqdan başqa çarəsi qalmayan baş nazir daxili siyasətində xalqı islahatlar yolunun doğruluğuna inandırmağa çalışır və hətta regional əməkdaşlığa hazırlıq haqqında mesajlar da verməyə başlayır.

Hələlik vahid blokda çıxış edən Ermənistan müxalifəti isə fevralın 20-də növbəti mitinqini keçirməyə hazırlaşır. Müxalifət liderlərinin verdikləri açıqlamalara görə, bu Paşinyan hökumətinə qarşı son və həlledici həmlədir. Ermənistanda siyasi mübarizənin bugünkü mənzərəsi isə onu göstərir ki, gözlənilən mitinq müxalifətin özü üçün də son və həlledici cəhddir. Bu cəhdin uğursuz aqibəti erməni revanşistlərini uzun müddət üçün siyasət səhnəsindən uzaqlaşdıra bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib