DÜNYA


Sorğu: Tramp rəqibi Baydenlə arasındakı dəstək fərqini bir faiz bəndi azaldıb

Bakı, 20 sentyabr, AZƏRTAC

ABŞ prezidentliyinə Demokratlar partiyasının namizədi Cozef Bayden qarşıdakı seçkilərdə dəstək səviyyəsinə görə rəqibi Donald Trampı səkkiz faiz bəndi qabaqlayır. Aradakı geriləmə ay ərzində bir faiz bəndi azalıb.

AZƏRTAC xəbər verir ki, bu göstərici NBC telekanalının və The Wall Street nəşrinin sifarişi ilə keçirilən sosioloji sorğunun bu gün dərc olunmuş nəticələrində əksini tapıb. Məlum olub ki, seçkilər indi keçirilsə, rəyi soruşulanların 51 faizi Baydenə səs verməyə hazırdır. Respondentlərin 43 faizi isə respublikaçı Trampa dəstək ifadə ediblər.

ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin olunub.

Sorğu sentyabrın 13-dən 16-dək olan dövrdə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.