CƏMİYYƏT


Sosial Xidmətlər Agentliyinin sədri Göyçayda vətəndaşların müraciətini dinləyib

Bakı, 5 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Göyçay və Ucar rayonları sakinlərinin müraciətini dinləyib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Göyçay və Ucar rayonlarının 30-dan çox sakini fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, eləcə də Sosial Xidmətlər Agentliyinin fəaliyyətinə aid digər sahələrlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Ötən dövrdə Xaçmaz, Gəncə, Sabirabad, Kürdəmir, Naftalan, Yevlax, Cəlilabad, Qəbələ, Tərtər, Masallı, Beyləqan, Göyçay və Sumqayıt da daxil olmaqla ümumilikdə 30 şəhər və rayonun 360-dan çox sakininin müraciəti dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.