CƏMİYYƏT


Sosial şəbəkələrdə narkotikdən istifadəni təbliğ edən şəxs saxlanılıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadəni açıq şəkildə təbliğ etməsinə dair videogörüntü yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Rafiq Quluzadə olması müəyyən edilib və o, saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 0,335 qram marixuana aşkarlanıb.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.