SİYASƏT


Split şəhəri ilə əlaqələrin yaradılması Azərbaycan-Xorvatiya əməkdaşlığının yeni mərhələyə qalxmasına töhfə verə bilər

Split, 12 aprel, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Split şəhərinin meri Andro Krstuloviç Opara ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında mədəni-tarixi oxşarlığın olduğu qeyd edilib və əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib. İki ölkə arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə edilib. Vurğulanıb ki, regionlararası əməkdaşlıq ölkələr arasında əlaqələrə müsbət təsir edir. Bu xüsusda Split şəhəri ilə əlaqələrin yaradılması Azərbaycan ilə Xorvatiya arasında mövcud olan münasibətlərin yeni mərhələyə çıxmasına töhfə verə bilər.

Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Split

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.