CƏMİYYƏT


Stavropolda mikroavtobusun qəzaya uğraması nəticəsində 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Bakı, 6 yanvar, AZƏRTAC

Rusiyanın Stavropol diyarı ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 8 Azərbaycan vətəndaşı xəsarət alıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Azərbaycan vətəndaşlarını Moskvaya aparan “Mercedes” markalı avtobus Koçubey-Zelenokumsk-Mineralnıe Vodı avtomobil yolunda aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin aşmasının səbəbi sürücünün idarəetməni itirməsi olub.

Qəza nəticəsində xəsarət alan səkkiz nəfər Levokumsk və Budyonovsk rayonlarının xəstəxanalarına çatdırılıb. Stavropol diyarının Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyindən bildiriblər ki, yaralıların hamısı və sürücü Bakı sakinləridir.

Yol-nəqliyyat hadisəsinin səbəbləri dəqiqləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.