MƏDƏNİYYƏT


Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq VİDEO

Paris, 14 noyabr, AZƏRTAC

Azərbaycan və UNESKO arasında xüsusilə də təhsil sahəsində çox yaxşı əlaqələr var. Bu il diqqəti daha çox ali təhsil sahəsinə yönəltmişik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində UNESKO baş direktorunun təhsil üzrə müavini Stefaniya Giannini söyləyib.

S. Ciannini ikitərəfli əməkdaşlıqdan söz açaraq, Baş Konfrans çərçivəsində keçirilən nazirlər panelində müzakirə olunacaq ali təhsil kvalifikasiyasının tanınmasına dair “Qlobal konvensiya”ya toxunub. Bildirib ki, Azərbaycanın təhsil naziri də inklüzivlik və mobilliyə dair nazirlər panelində çıxış edəcək və qlobal konvensiya ilə bağlı müzakirələrə qatılacaq.

“Əminəm ki, bu yeni konvensiyanın qəbulu bütün sahələrdə ikitərəfli əlaqələrimizə öz töhfəsini verəcək və əməkdaşlığımı daha da möhkəmlənəcək. Azərbaycanla əməkdaşlıqda maraqlıyıq”,-deyə S. Ciannini diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.