İDMAN
Su polosu üzrə qadınların yarışında ilk finalçı məlum olub [YENİLƏNİB]









































Qadınlar arasında yarımfinalda Rusiya millisi İtaliya komandasını böyük xal fərqi ilə məğlub edib - 17:7. Beləliklə, Rusiya millisi finala vəsiqə qazanan ilk komanda olub.
Növbəti finalçı isə İspaniya-Yunanıstan qarşılaşmasından sonra məlum olacaq.
16:00
Qadınlar arasında 7-10-cu yerlər uğrunda yarışda Slovakiya komandası 10:6 hesabı ilə Serbiya kollektivinə qalib gəlib.
Növbəti oyunda Fransa və Almaniya komandaları 7-10-cu yerlər uğrunda mübarizə aparacaq.
14:27
Qadınlar arasında 11-12-ci yerlər uğrunda görüşdə Böyük Britaniya yığması İsrail komandasını 10:5 hesabı ilə məğlub edib.
Növbəti oyunda - 7-10-cu yerlər uğrunda görüşdə isə Serbiya kollektivi Slovakiya millisi ilə üz-üzə gələcək.
14:08
Bakı, 18 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
İyunun 18-də birinci Avropa Oyunlarında su polosu üzrə yarışların yeddinci gününə qadınlardan ibarət komandaların görüşləri ilə start verilib.
AZƏRTAC xəbər verir ki, hazırda 11-12-ci yerlər uğrunda Böyük Britaniya-İsrail kollektivləri qarşılaşır.