DÜNYA


Sudanda Hərbi Şura ilə müxalifət qüvvələri arasında razılıq əldə edilib

Əddis-Əbəbə, 17 iyul, AZƏRTAC

Sudanda keçid Hərbi Şura ilə əsas müxalifət qüvvəsi olan “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” birliyi arasında ölkədə vəziyyətin tənzimlənməsi və keçid dövrünün əsas mərhələlərinə dair razılıq əldə olunub.

AZƏRTAC “Skay News Arabia” telekanalının məlumatına istinadla xəbər verir ki, razılaşmada Konstitusiya deklarasiyasına toxunulmur, ancaq keçid dövrünə aid bəndlər yer alır.

Tərəflər, həmçinin bu məsələ ilə əlaqədar danışıqların ən yaxın zamanda davam etdirilməsi barədə də razılıq əldə ediblər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.