İQTİSADİYYAT


Sükan arxasında tütündən istifadə edən 55 sürücü barəsində tənbeh tədbiri görülüb

Bakı, 7 oktyabr, AZƏRTAC

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihənin icra edildiyi 3-cü rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 149 müraciət daxil olub.

Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 55 avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb.

Aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.