SİYASƏT


Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib VİDEO

Şuşa, 27 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası artıq 78 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 3 minik, 21 təminat-təchizat avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.