Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda bölmə iclası keçirilib VİDEO

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda bölmə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Strateji Ehtiyat Qrupunun prezidenti Sundeep Vaslekarın moderatorluğu ilə keçirilən bölmə iclasında Avropada, Yaxın Şərqdə baş verən hadisələr, münaqişələr, terror aktları, terror qruplaşmalarının fəaliyyətinin qarşısının alınması istiqamətində görülməli olan işlər barədə müzakirələr aparılıb.

Şimali İrlandiya Milli Assambleyasının keçmiş spikeri Lord Alderdice bildirib ki, terrorizmin qarşısını almaq üçün ilk növbədə müxtəlif qruplar arasında ədavətlərin səbəbinin araşdırılması, həmçinin onlarla danışıqların aparılması önəmlidir. O qeyd edib ki, terrorçuluqda maraqlı olan insanlar qəzəblidirlər, onlar digərlərinin humanist addımlarını belə səhv anlaya bilərlər.

İctimai dinamikliyin nəzərə alınmasının vacibliyini diqqətə çatdıran keçmiş spiker bildirib ki, müharibələrin qarşısını almaq üçün hörmət əsasında münasibətlər yaradılmalıdır. Bunun üçün qarşılıqlı anlaşma, dialoq çox önəmlidir.

Daxili və beynəlxalq hüququn problemlərinə toxunan Lord Alderdice deyib ki, beynəlxalq aləmdə qəbul olunmuş normalara, qanunlara əməl edilməlidir. Əksər hallarda bu qanunların işləməməsi isə təəssüf doğurur. Beynəlxalq hüququn əsas problemi də məhz budur. Bəzi qurumlar özlərinin qəbul etdikləri qərarlara əməl etmək istəmirlər. Ortada rasional düşüncə olmalıdır.

O qeyd edib ki, insanlar bir-birləri ilə görüşməlidir, müzakirələr aparmalıdırlar, qarşı tərəflərin fikirləri öyrənilməlidir. Yekunda ortaq rəy formalaşmalıdır. Bu gün kommunikasiya imkanları bizə şərait yaradır ki, digər ölkələrdə yaşananları asan şəkildə görə bilək. Amma təəssüf ki, bu imkandan da yararlana bilmirik.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib: “Biz ilk əvvəl düşünməliyik ki, bu qruplaşmalar hansı səbəbdən yaranır. Nə üçün biz bu vəziyyətə gəlib çıxmışıq? Sovet İttifaqının və Varşava Paktının iflasa uğramasından sonra nələrin şahidi olduq? Bugünkü dünya liderlərinin beynəlxalq hüquq sisteminin fundamental dəyərlərini əks etdirən birgə Bəyanatı olubmu? Mən bunun şahidi olmamışam. Bu gün beynəlxalq münasibətlərdə ədalət prinsipi mövcud deyil”.

Novruz Məmmədov beynəlxalq aləmdə mövcud olan ədalətsizlikdən danışaraq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ətraf yeddi rayonu da erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Halbuki ermənilərin bu ərazilərə heç vaxt aidiyyəti olmayıb. Ancaq bu məsələ barədə heç kim danışmır. Bizə bu məsələdə ədalət lazımdır. Beynəlxalq hüquqa əməl olunmalıdır. Təəssüf ki, biz bunu görmürük. Düşünürəm ki, dünyada baş verən bütün münaqişələrin səbəbi ədalətsizlikdir, beynəlxalq hüquqa, münasibətlərə bu cür yanaşmadır”.

BMT-nin bəzi qətnamələrinin dərhal icra olunduğunu xatırladan N.Məmmədov Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uzun illərdir ki, kağız üzərində qaldığını bildirib. O deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, ancaq bəzi qüvvələr bunu istəmirlər.

Müasir müstəqil Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdıran N.Məmmədov deyib ki, biz bunu bütün sahələrdə etmişik. Həm siyasi, həm mədəni, həm idman, həm iqtisadi əməkdaşlıq, enerji, təhlükəsizlik və s. Bu gün BMT ilə birgə bu cür böyük bir tədbirin keçirilməsi də sonuncu və ilk hadisə deyil. Biz bu cür tədbirləri çox keçirmişik. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan ədaləti dəstəkləyib. Biz də beynəlxalq qurumlardan Azərbaycanın haqq işini, ədalətli mövqeyini dəstəkləməyi istəyirik. Bunun üçün beynəlxalq hüququn işlək mexanizmi olmalıdır. BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin indiyədək yerinə yetirilməməsi də məhz belə bir mexanizmin olmamasının göstəricisidir. Münaqişənin həllinə cavabdeh olan ATƏT-in Minsk qrupu təcavüzkara təzyiq göstərmir. BMT-nin Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsini tələb etmir. Məsələyə bu cür münasibət digər regionlarda da münaqişələrin yaranmasına rəvac verir. Biz beynəlxalq qurumlardan ədalətli mövqe gözləyirik.

Terrorizmin tarixindən danışan Türkiyənin Avropa İttifaqı üzrə keçmiş naziri Egemen Bağış bildirib ki, terrorçuluq yeni bir fenomen deyil. Onun tarixi qədimdir. O qeyd edib ki, bu məsələlərə dünya hər zaman fərqli reaksiyalar göstərir. “Mənim düşmənimin düşməni mənim dostumdur” kimi yanlış prinsipə əməl olunması bu gün böyük problemlər yaradır.

Terror qruplaşmalarının arxalandıqları qüvvələrin olduğunu bildirən keçmiş nazir bunun kimlər tərəfindən edildiyinin və nə məqsəd daşıdığının araşdırılmasının da vacibliyini bildirib. İnsanların bu cür silahlanmasına imkan yaradan qüvvələrin məqsədləri nədir? Bax, bu, öyrənilməlidir. Terrorçuluqla təklikdə mübarizə aparmağın mümkün olmadığını söyləyən türkiyəli keçmiş nazir vurğulayıb ki, bunun yeganə yolu qlobal müstəvidə müzakirələr aparmaq, əməkdaşlıq etməkdir.

Sülh və Mühafizə üzrə Brazzaville Fondunun sədri Jean-Yves Ollivier qeyd edib ki, ilk növbədə bu qruplaşmalara kimlərin nəzarət etdiyini öyrənməliyik və dialoqu məhz bu istiqamətdə aparmalıyıq. Legitim dövlətin beynəlxalq münasibətlər sistemində rolu və onların terrorizmə qarşı mübarizədə təşkil olunan dialoqlarda iştirakı məsələsindən danışan sədr deyib ki, tarixə nəzər salsaq Afrika təcrübəsində bunun da uğurlu nəticələrinin şahidi olduğumuzu görə bilərik. Düşünürəm ki, bu məsələlər ikitərəfli, regional və beynəlxalq müstəvidə müzakirə edilməlidir. Bu dialoqların təşkili çox mühümdür. Təkcə təşəbbüslərlə kifayətlənmək olmaz. Əməli tədbirlərin görülməsi vacibdir.

Mötədillər Fondu Qlobal Hərəkatının baş direktoru Nasharudin Mat İsa vurğulayıb ki, Yaxın Şərqdə və Avropada terror hadisələrinin şahidiyik. Terrorçuların məqsədi qanlı aktlar törədərək insanları qorxu, təşviş içində saxlamaqdır.

Baş direktor davamlı sülhün bərqərar olması üçün birgə əməkdaşlığın, dialoqun vacibliyindən danışaraq deyib ki, Sivilizasiyalar Alyansının təşkili də bu istiqamətdə atılmış uğurlu addımlardandır. Bu, onu göstərir ki, biz dialoqun təşkil olunmasında maraqlıyıq. Ola bilsin ki, nəticəyə çatmaq çox vaxt aparacaq. Amma əminik ki, bu, uzunmüddətli və davamlı olacaqdır.

“Jordan Times” jurnalının baş redaktoru Samir Barhoum bildirib ki, işğalçı qruplaşmalarla dialoq çox çətindir. Məsələn, hazırda İŞİD-lə dialoq demək olar ki, mümkünsüzdür. Onların özlərinin müəyyən ideologiyaları var. Bu ideologiyaların həyata keçirilməsi isə nahaq qanların tökülməsi bahasına baş verir. Çünki onlar dövlət anlayışını, beynəlxalq hüquq normalarını öz əməlləri ilə inkar edirlər. Bu, həm də ideoloji təhlükədir.

Bölmə iclasında mövzu ətrafında geniş diskussiyalar aparılıb.

“Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda bölmə iclası keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir