İQTİSADİYYAT


Sulutəpə qəsəbəsində yerüstü piyada keçidinin inşası yekunlaşır

Bakı, 29 mart, AZƏRTAC 

Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrində, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası ilə bağlı işlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. İnşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi başa çatdırılıb, metal aşırım hissələri quraşdırılıb. Eyni zamanda, hər iki tərəfdən metal pilləkənlərin quraşdırılması işləri də yekunlaşıb. Metal aşırım hissələrinin tənzimlənməsindən və məhəccərlər quraşdırıldıqdan sonra keçidin ətrafında abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq, keçiddə müasir işıqlandırma sistemi qurulacaq, təhlükəsizlik kameraları quraşdırılacaq.

Qeyd olunub ki, piyada keçidinin ətrafında 2 avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.

Sözügedən yüngül konstruksiyalı piyada keçidi bir aşırımlı (orta dayaqsız) və üstü açıq olaraq qurulub. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir.

Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olan piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da, həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.