REGİONLAR


Sumqayıt mədəniyyət işçiləri şəhid ailəsini ziyarət ediblər

Sumqayıt, 23 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi himayəyə götürdüyü şəhid ailəsini növbəti dəfə ziyarət edib.

İdarədən AZƏRTAC –a bildirilib ki, Vətən müharibəsi şəhidi olan İbrahim Nakam oğlu Məmmədovun ailəsi məktəb kollektivinin daim diqqətindədir. Kollektivin üzvləri ailənin qayğıları ilə yaxından maraqlanır, problemlərinin həllinə kömək göstərirlər.

Şəhid İbrahim Məmmədov 1985-ci il martın 3-də Şəkidə dünyaya göz açıb. O, Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi Türkiyədə təlimlərdə iştirak edib. İbrahim Məmmədov hər zaman cəsarəti ilə seçilən, ən çətin əməliyyatları uğurla başa çatdıran peşəkar hərbçi olub.

Vətən müharibəsində şəhidimiz çoxsaylı düşmən qüvvələrini məhv edərək Füzulidə, Hadrutda bayrağımızı dalğalandırıb. Onun son döyüşü oktyabrın 25-də Laçın istiqamətində olub. Şəhid İbrahim Məmmədov doğulduğu Şəkidəki Şəhidlər xiyabanında dəfn edilib.

Qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizin Vətənə 2 əmanət övlad qalıb.

Allah şəhidlərimizə rəhmət etsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.