İDMAN
Sumqayıtda "Yay futbol düşərgəsi" layihəsinə yekun vurulmuşdur
Sumqayıt, 12 iyun (AZƏRTAC). Sumqayıtda məktəblilər üçün keçirilən "Yay futbol düşərgəsi" layihəsinə yekun vurulmuşdur.
Layihə "Kapital Bank" və "Paşa Həyat Sığorta" ASC-lərin sponsorluğu, Sumqayıt Şəhər Təhsil Şöbəsinin, "Azərikimya" İstehsalat Birliyinin, AFFA-nın dəstəyi və "Sumqayıt" futbol klubunun təşkilatçılığı ilə reallaşmışdır.
"Sumqayıt" futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 3 gün davam edən üçüncü - sonuncu mərhələdə 35 şagird iştirak etmişdir.
Tədbirin sonunda iştirakçılara diplom və hədiyyələr təqdim olunmuşdur.
Layihənin başa çatması münasibətilə xatirə şəkli çəkdirilmişdir.
"Yay futbol düşərgəsi" layihəsində ümumilikdə 105 oğlan və qız şagird iştirak etmişdir. İyunun 2-də başlayan layihə 3 qrup üzrə keçirilmişdir. Layihədə "Sumqayıt" futbol klubunun akademiyasında çalışan 15 nəfərlik məşqçi heyəti də iştirak etmişdir.