CƏMİYYƏT


Sumqayıtda ümumi sahəsi 1000 kvadratmetr olan mebel sexində baş vermiş yanğın söndürülüb

Bakı, 10 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərindəki 18-ci mikrorayonda yerləşən mebel sexində baş verən yanğının söndürülməsi barədə məlumat yayıb.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, yanğının baş verməsi barədə nazirliyin 112 – “qaynar” telefon xəttinə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 1000 kvadratmetr olan mebel sexi yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.