REGİONLAR


Sürücünün idarəetməni itirməsi piyadanın ölümü ilə nəticələnib

Sumqayıt, 14 avqust, AZƏRTAC

Avqustun 13-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba avtomagistral yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC–a bildirilib ki, qəza nəticəsində “Fiat Doblo” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran 1940-cı il təvəllüdlü I qrup əlil Sübhanov Sabir Hüseyn oğlunu vurub. Qəza nəticəsində piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.