MƏDƏNİYYƏT


“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Əfrasiyab Hacı Əzim оğlu

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri xalq qəhrəmanı Əfrasiyab Hacı Əzim oğluna həsr olunub.

O, 1863-cü ildə Şuşa şəhərində anadan оlub, ilk təhsilini mоlla yanında alıb. Ticarətlə məşğul olan Əfrasiyab gözəl minici idi. At yarışlarında iştirak edirdi. Yaşlı vaxtlarında isə at yarışlarında jüri üzvü оlub.

Əfrasiyab Əzimov millət sərdarı Səttar xanın köməyinə yollanmışdı. Vətənpərvər, el qədri bilən qəhrəman Əfrasiyab 1905-1906-cı illər erməni-müsəlman qırğınlarında igidliyi sayəsində neçə-neçə günahsızı ölümdən qurtarmışdı.

O, həm "Difai", həm də "Qarabağ məclisi" təşkilatlarının fəal üzvü idi. 1907-ci ildə onun üzv оlduğu "Qarabağ məclisi"nin fəalları kütləvi həbsə məruz qalırlar.

Martın 23-24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər.

Əfrasiyab sürgündən dönəndən sonra Şuşada yaşamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.