CƏMİYYƏT


Şuşada Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü qeyd edilib VİDEO

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü Şuşada qeyd olunub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində hərbi yürüş keçirilib.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlarından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.