DÜNYA


Sutka ərzində İranda koronavirusdan 132 nəfər ölüb

Tehran, 8 sentyabr, AZƏRTAC

Ötən sutka ərzində İranda 2 min 302 nəfər koronavirusa yoluxub, 132 nəfər isə vəfat edib.

AZƏRTAC İranın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, yoluxanların ümumi sayı 391 min 112 nəfər, ölənlərin sayı isə 22 min 542-yə çatıb.

Müalicəsi davam edən 3 min 713 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 337 min 414 nəfər sağalaraq evə buraxılıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.