Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Suvarma mövsümünə qədər sahələrin su ilə təminatı yaxşılaşdırılır VİDEO

Suvarma mövsümünə qədər sahələrin su ilə təminatı yaxşılaşdırılır VİDEO

Lənkəran, 22 mart, AZƏRTAC

Aqrar sahənin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsulları istehsalının artırılması bilavasitə su təminatının yaxşılaşdırılmasından asılıdır. Meliorativ sistemlərin istismarı işinin daha da yaxşılaşdırılması və suvarılacaq sahələrdən istifadənin səmərəliliyini artırmaq məqsədilə görülən işlər davam etdirilir. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün Lənkəran rayonu ərazisində olan kanallarda, kollektorlarda vaxtaşırı təmir-bərpa və lildən təmizləmə işləri aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunda 9533 hektar suvarılan torpaq sahəsi var. Həmin sahələrin suvarılması Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən həyata keçirilir və əsasən 3 suvarma mənbəyindən istifadə olunur: Xanbulançay su anbarı, Lənkərançay və sututarlar. Suvarma suyuna olan tələbatın böyük hissəsini ümumi tutumu 52 milyon kubmetr olan Xanbulançay su anbarı ödəyir. Su anbarında hazırda 42 milyon kubmetr su ehtiyatı var və suvarma mövsümünə qədər anbarın tam doldurulması nəzərdə tutulub.

Lənkəranda may ayından başlanan suvarma mövsümü sentyabrın əvvəllərində başa çatır. Hər il suvarma başa çatdıqdan sonra Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən növbəti ilin suvarma mövsümünə hazırlıq işlərinə başlanılır. Bu il üçün 40 kilometr uzunluğunda beton üzlüklü kanalların təmiri aparılıb, lildən təmizləmə işləri görülüb və suvarmaya hazır vəziyyətə gətirilib. Həmçinin kanalların üzərində olan hidrotexniki qurğular nəzarətdə saxlanılır.

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev bildirib ki, suvarmanın yaxşılaşdırılması məqsədilə idarə tərəfindən kanal və kollektorlarda lildən təmizləmə işləri aparılır: “Keçən il 286 min kubmetr həcmdə torpaqqazma, 234 min kubmetr həcmdə hamarlama işləri yerinə yetirilib. Bu ilin yanvar-fevral ayları ərzində Lənkəran rayonunun kanal və kollektorlarında 39 min kubmetr qazma işləri aparılıb və 31 min kubmetr həcmdə hamarlama işləri həyata keçirilib. Həmin işlər davam etməkdədir, demək olar ki, əsas yerlər təmizlənərək mövsümədək suvarmanın yaxşılaşdırılması təmin olunacaq”.

Lənkəran ərazisində əsasən çayçılıq, sitrusçuluq və çəltikçilik inkişaf etməkdədir. Ən çox su tələb edən çəltik bitkisidir. Keçən il 830 hektar ərazidə çəltik əkilib. Havaların quraq keçməsinə baxmayaraq, ilin sonunda məhsuldarlıq yüksək olub. Belə ki, hər hektardan 40 sentner məhsul götürülüb. Giləmeyvələrdən isə çiyələk əkini rayonda son illərdə sürətlə artmaqdadır. Keçən il 33 hektar sahədə çiyələk əkilib və məhsuldarlıq hər hektarda 69 sentner olub. Əkin sahələrinin suvarılmasında da çətinliklər yaranmır. Təsərrüfat sahibləri əkin sahələrinin məhsuldarlığından və yaradılmış şəraitdən razıdır.

Sahibkar Azər Qurbanovun sözlərinə görə, ilk gündən su idarəsinin işçiləri onların yanında olub: “Çiyələk çox su tələb edən bitkidir. Baxmayaraq ki, bu gün də suyumuz var, amma su-meliorasiya idarəsinin işçiləri hər gün mütəmadi olaraq bizə baş çəkirlər, problemlərimizlə maraqlanırlar. Mən onlardan bir sahibkar kimi çox razıyam”.

Aqronom Mikayıl Sadıqov isə deyib ki, 8 hektaradək sahədə çiyələk əkilib. Suvarma əsasən damcı üsulu ilə həyata keçirilir. İndiyədək bu sahədə hər hansı problemlə qarşılaşmayıblar.

Çayçılıqla məşğul olan digər aqronom Mirağa Həsənovla söhbət zamanı qeyd edib ki, 40 hektar çay sahəsi var. Qarşıdakı illərdə bu sahələri daha da genişləndirməyi düşünür. “Çay sahəmizi suvarmada, əlbəttə, Xanbulançayın böyük əhəmiyyəti var. Ona görə ki, Xanbulançayın suyundan istifadə edirik, vaxtlı-vaxtında necə lazımdır, suyumuz çatır. Su tərəfdən demək olar ki, narazılığımız yoxdur. Sahəmiz üçün hər ay təxminən 7500 kubmetr sudan istifadə olunur. Mövsüm ərzində 4-5 dəfə suvarma aparırıq”, - deyə o əlavə edib.

Xanbulançay su anbarından təkcə Lənkəranın yox, Astara rayonunun da ərazisinin bir hissəsi suvarılır. Həmçinin hər iki rayonun müəyyən yerlərdə içməli su təminatı da Xanbulançay vasitəsilə həyata keçirilir. Gölün tam dolu halda güzgü səthi 246 hektar təşkil edir, dərinliyi isə 74 metrdir. Hərəkət istiqamətinə uyğun olaraq su sağ və sol sahil magistral kanalları ilə verilir. Bu magistral kanalların üzərində yerləşən su nasos stansiyaları Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin əməkdaşları tərəfindən daim diqqətdə saxlanılır və suvarmaya hazır vəziyyətə gətirilməsi üçün elektrik avadanlıqları sazlanır, mexaniki avadanlıqlar isə yağlanır. İki ədəd nasos aqreqatı yenisi ilə əvəz olunub, müasirləşdirilib. Ümumi olaraq nasos stansiyasında əsaslı təmir işləri görülüb və ətrafı abadlaşdırılıb. Bütün bu işlərlə yanaşı, əkin sahələrinə və yaşayış məntəqələrinə bəzi hallarda təhlükə yaradan çayların qarşısını almaq üçün həmin ərazilərdə texnikalar vasitəsilə məcra təmizləmə və sahilbərkitmə işləri də görülür.

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev bildirib ki, sel sularına qarşı mübarizə tədbirləri çərçivəsində Lənkəranda kanal və kollektorların təmizlənməsi işləri aparılır. Bu məqsədlə 66 min kubmetr həcmində lildən təmizləmə, bir çox ərazilərdə çaylarda daşqın və selə qarşı mübarizə tədbirləri üçün betondan sahilbərkitmə işləri görülür. Belə ki, keçən illərin sonunda Ulum çayında Separadi kəndi ərazisində 517 poqonmetr uzunluğunda sahilbərkitmə işi yerinə yetirilib və idarənin balansına keçib.

Bu il əkin sahələrinin suvarılması üçün hazırlıq işləri yekunlaşmaq üzrədir. Gələcəkdə baş verə biləcək sel təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər də plan üzrə icra olunur.

Suvarma mövsümünə qədər sahələrin su ilə təminatı yaxşılaşdırılır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək