DÜNYA


Syerra Leonedə təbii fəlakət nəticəsində həlak olanların sayı artır

Bakı, 16 avqust, AZƏRTAC 

Syerra Leone Respublikasında daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 400 nəfəri keçib, 600 nəfər isə itkin düşüb.

AZƏRTAC xəbər verir ki, artıq axtarış-xilasetmə işlərinə hərbçilər də cəlb olunublar. Morqlarda yer qalmadığına görə şəxsiyyəti dəqiqləşdirilən fəlakət qurbanlarının kütləvi şəkildə dəfn olunacağı bildirilib.

Təbii fəlakət nəticəsində 3 mindən çox insan evsiz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.