CƏMİYYƏT


TƏBİB İkinci Milli Yaylaq Festivalında tibbi xidmətlərin təşkilini təmin edib

Bakı, 30 iyul, AZƏRTAC

Gəncədə keçirilən İkinci Milli Yaylaq Festivalı çərçivəsində tibbi xidmətlərin təşkili üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları təhkim olunub.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Hacıkənddə yerləşən Xan yaylağında keçirilən festival müddətində Gəncə Birləşmiş Şəhər Xəstəxanasının üç həkim briqadası, Göygöl Rayon Mərkəzi Xəstəxanasının isə iki həkim briqadası fəaliyyət göstərib.

Qeyd edək ki, “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyi və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə ikinci dəfə keçirilən festivalda 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir.

Eyni zamanda, festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.