SİYASƏT
TALLİNDƏ “BAKI KLUBU”NUN AÇILIŞI OLACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, martın sonlarında Estoniya Respublikasında "Bakı klubu"nun açılış mərasimi keçiriləcəkdir. Əsas məqsədi Azərbaycan həqiqətlərini Estoniyadakı digər millətlərin nümayəndələrinə çatdırmaq və azərbaycançılıq ideyalarını təbliğ etmək olan klubun təsis yığıncağı bu ilin yanvarında Tallin şəhərində keçirilmişdir. Qurumu Estoniya Parlamentinin üzvü Eldar Əfəndiyev, Estoniya Parlamentinin müşaviri Yana Krimpe və “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev təsis etmişlər. Mərasimdə, həmçinin, Baltikyanı Ölkələrin Azərbaycan Konqresinin yaradılması məsələsi də muzakirə olunacaqdır.
Estoniya parlamentinin xətti ilə həmin tədbirə Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti də dəvət edilmişdir.
Səfər əsnasında Azərbaycan nümayəndə heyəti Estoniya parlamentində, Xarici İslər, Milli Məskunlaşma nazirliklərində bir sıra gorüşlər keçirəcəkdir.