SİYASƏT
TERRORİZMLƏ ƏLAQƏSİ OLAN ŞƏXSLƏRİN GƏLİR MƏNBƏLƏRİNİN DONDURULMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov AZƏRTAC-ın müxbirinə demişdir ki, ölkəmizin hüdudlarından kənarda terror aktları törətməkdən ötrü Azərbaycan ərazisindən tranzit kimi istifadə olunmasının qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları xüsusi tədbirlər həyata keçirirlər. Məsələn, sənədlərin verilməsinə nəzarət gücləndirilir, terror təşkilatları ilə əlaqədə olan şəxslərə sığınacaq və ya hər hansı bir vəsait verilməsi üzrə bütün imkanlar istisna edilmişdir. Terrorizmlə əlaqəli olan şəxslərin və təşkilatların pullarının, maliyyə vəsaitlərinin və digər gəlir mənbələrinin dondurulması üzrə tədbirlər görülür.