TOFİQ BƏHRAMOVUN ABİDƏSİNİN LAYİHƏSİ ÜÇÜN MÜSABİQƏNİN QALİBİ ELAN EDİLMİŞDİR
AzerTAg.az
Beynəlxalq dərəcəli hakim, dünya futbol çempionatının yalnız final görüşü hakimlərinin layiq görüldüyü mötəbər “Qızıl fit” mükafatının sahibi Tofiq Bəhramovun abidəsinin layihəsi üçün Gənclər, İdman və Turizm Nazirliyinin və Azərbaycan Futbol Assosiasiyaları Federasiyasının elan etdiyi müsabiqənin qalibi gənc heykəltəraş Məmmədnicat Salahov olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müsabiqəyə 30 heykəltəraş öz layihələrini göndərmişdir. Qərarı incəsənət xadimlərindən, tanınmış idmançılardan və nazirliyin nümayəndələrindən ibarət münsiflər heyəti qəbul etmişdir. Qalibə 5 milyon manat məbləğində mükafat təqdim olunmuşdur.
Abidə avqustun 15-də, Tofiq Bəhramovun doğum günü açılacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var